Minifutbol turnirinin yarımfinal mərhələsi keçirilib
23 OKTYABR 2023

8 noyabr – Zəfər Günü ilə bağlı Dövlət Sosial Müdafiə Fondu əməkdaşları arasında təşkil olunan minifutbol turnirinin yarımfinal mərhələsi keçirilib.
Yarımfinalda “Sosial yardım” komandası ilə “Arxiv” komandası qarşılaşıb. “Sosial yardım” komandası “Arxiv”in təmsilçilərinə 7-1 hesabı ilə qalib gəlib. “Sığorta” – “Xüsusi Şərtlər” komandalarının qarşılaşması isə 4-8 hesabı ilə başa çatıb. 
Beləliklə, final mərhələsində “Sosial yardım” və “Xüsusi Şərtlər” komandaları turnirin çempionu adı, “Sığorta” və “Arxiv” komandaları isə III yer uğrunda mübarizə aparacaqlar.