ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Mini futbol turnirinin III turu keçirilib
16 oktyabr 2023

8 noyabr – Zəfər Günü ilə bağlı Dövlət Sosial Müdafiə Fondu əməkdaşları arasında təşkil olunan mini futbol turnirinin qrup mərhələsinin sonuncu – III turu keçirilib.
III turda A qrupunda mübarizə aparan “Sosial yardım” komandası ilə “Maliyyə” komandasının görüşündə “Sosial yardım”  12-1 hesabı ilə inamlı qələbə qazanıb. Qrupun digər oyununda “Siğorta” komandası “Region”  komandasına 4-2 hesabı ilə qalib gəlib. 
B qrupunda isə “Mərkəzi Aparat” komandası “Məhkəmə” komandasının oyunçularına 4-1 hesabı ilə qalib gəlib. “Arxiv” komandasının  təmsilçiləri ilə “Xüsusi Şərtlər” komandasının görüşü “Xüsusi Şərtlər”in inamlı qələbəsi ilə yekunlaşıb – 0-8.
Oktyabrın 22-də keçiriləcək yarımfinal mərhələsində “Sosial yardım” komandası “Arxiv” komandası, “Sığorta” komandası isə “Xüsusi Şərtlər” komandası ilə qarşılaşacaq. 
Beləliklə, A qrupunun turnir cədvəlində liderlik kürsüsünə Maddi-Məişət Şəraitinin Müayinəsi üzrə Mərkəzi Filialın “Sosial yardım” komandası yerləşib. İkinci yerdə Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialın “Sığorta” komandası qərarlaşıb. Növbəti yerləri isə müvafiq olaraq Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialın  “Maliyyə” və Regionlarla İş üzrə Mərkəzi Filialın “Region” komandaları bölüşüb. 
B qrupunun turnir cədvəlində Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın “Xüsusi Şərtlər” komandası liderlik edir. İkinci yerin sahibi Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialın “Arxiv” komandasının təmsilçiləridir. DSMF-nin “Mərkəzi Aparat” komandası 3-cü, Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialın “Məhkəmə” komandası isə 4-cü yerdə qərarlaşıb.