ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Mini futbol turnirinin qrup mərhələsinin ilk turu keçirilib
02 oktyabr 2023

8 noyabr – Zəfər Günü ilə bağlı Dövlət Sosial Müdafiə Fondu əməkdaşları arasında təşkil olunan mini futbol turnirinin qrup mərhələsinin ilk turu keçirilib.

İlk turda A qrupunda mübarizə aparan Regionlarla İş üzrə Mərkəzi Filialın (RİMF) komandası ilə Maddi-Məişət Şəraitinin Müayinəsi üzrə Mərkəzi Filialın (MMŞMMF) komandasının görüşündə RİMF 5 – 3 hesabı ilə qalib olub. Qrupun digər oyununda isə Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialın (SSFUMF) komandası Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialın (MMMF) komandası üzərində 10 – 2 hesabı ilə inamlı qələbə qazanıb. B qrupu təmsilçilərindən Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın (XŞTMF) komandası Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialın (MMİMF) oyunçularına 8 – 1 hesabı ilə qalib gəlib. DSMF-nin Aparatının təmsilçiləri ilə Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialın (ASÖİÇMF) komandalarının görüşü 2 – 4 hesabı ilə qalib gələn ASÖİÇMF-nin qələbəsi ilə yekunlaşıb. Beləliklə, I turun iştirakçılarından A qrupunda liderlik kürsüsünə 3 xalla SSFUMF yerləşib. İkinci yerdə 3 xalla RİMF qərarlaşıb. Növbəti yerləri isə müvafiq olaraq MMMF və MMŞMMF komandaları bölüşüb. B qrupunda 3 xalla XŞTMF komandası liderlik edir. İkinci yerin sahibi 3 xalla ASÖİÇMF təmsilçiləridir. DSMF-nin Aparatının komandası 3-cü, MMİMF-nin komandası ilə 4-cü yerdə qərarlaşıb.