ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Mini futbol turnirinin qrup mərhələsinin II turu keçirilib
09 oktyabr 2023

8 noyabr – Zəfər Günü ilə bağlı Dövlət Sosial Müdafiə Fondu əməkdaşları arasında təşkil olunan mini futbol turnirinin qrup mərhələsinin II turu keçirilib.
A qrupunun II turda mübarizə aparan “Sosial yardım” komandası ilə “Sığorta” komandasının görüşündə “Sosial yardım”  4-2 hesabı ilə qalib gəlib. Qrupun digər oyununda “Maliyyə” komandası “Region”  komandası üzərində 3-2 hesabı ilə qələbə qazanıb. 
B qrupunda II turda isə “Arxiv” komandası “Məhkəmə” komandasının oyunçularına 4-1 hesabı ilə qalib gəlib. “Mərkəzi Aparat” komandasının  təmsilçiləri ilə “Xüsusi Şərtlər” komandasının görüşü “Xüsusi Şərtlər”in inamlı qələbəsi ilə yekunlaşıb – 0-6.
Beləliklə, A qrupunun turnir cədvəlində liderlik kürsüsündə Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialın “Sığorta” komandası yerləşib. İkinci yerdə Regionlarla İş üzrə Mərkəzi Filialın “Region” komandası qərarlaşıb. Növbəti yerləri isə müvafiq olaraq Maddi-Məişət Şəraitinin Müayinəsi üzrə Mərkəzi Filialın “Sosial yardım” və Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialın  “Maliyyə” komandaları bölüşüb. 
B qrupunun turnir cədvəlində Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın “Xüsusi Şərtlər” komandası liderlik edir. İkinci yerin sahibi Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialın “Arxiv” komandasının təmsilçiləridir. DSMF-nin “Mərkəzi Aparat” komandası 3-cü, Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialın “Məhkəmə” komandası isə 4-cü yerdə qərarlaşıb.