Mingəçevirdə “Sosial dəstək - sağlam gələcək” layihəsi uğurla həyata keçirilib
14 SENTYABR 2025

“Sosial dəstək - sağlam gələcək” layihəsi çərçivəsində Mingəçevir şəhərində şəhid ailələrinin və ünvanlı dövlət sosial yardımı alan aztəminatlı ailələrin bu il birinci sinfə gedəcək uşaqları tibbi müayinə olunub və onlara ehtiyac duyulan laborator xidmətlər göstərilib.

Layihə çərçivəsində uşaqlara qanın ümumi analizi, USM (ultrasəs müayinəsi), pediatrik müayinə, uşaq nevroloqu və oftalmoloq müayinəsi aparılıb.

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) təşəbbüsü ilə reallaşdırılan layihə “Referans MediPark Hospital” Mingəçevir Tibb Mərkəzi ilə əməkdaşlıq çərçivəsində təşkil edilib.

Müayinədə iştirak edən uşaqlara yeni tədris ilinə hazırlıq məqsədilə “Elm Galaxy” şirkətinin təqdim etdiyi məktəbli çantaları və zəruri məktəb ləvazimatları hədiyyə olunub.