“Mənim yay tətilim” layihəsi çərçivəsində uşaqlar üçün yaddaqalan gün təşkil olunub
Dövlət Sosial Müdafiə Fondu tərəfindən “Mənim yay tətilim” layihəsi çərçivəsində aztəminatlı ailələrin övladlarının asudə vaxtının səmərəli təşkili və onların mədəni-istirahət imkanlarından faydalanması məqsədilə 30 uşağın iştirakı ilə maraqlı proqram təşkil olunub.
Layihə iştirakçıları “Circus Sea Breeze”in dəvəti ilə “Moskva Buz Sirki”nin təqdim etdiyi rəngarəng tamaşanı izləyiblər. Buz üzərində nümayiş etdirilən akrobatik çıxışlar və maraqlı səhnə nömrələri uşaqlarda xoş təəssürat yaradıb.
Sosial layihə çərçivəsində təşkil olunan bu təşəbbüs uşaqların asudə vaxtının dolğun keçirilməsinə, onların yeni təəssüratlar qazanmasına və sosiallaşmasına imkan yaradıb.







