“Məktəbə dönüş - sosial həmrəylik festivalı” uğurla başa çatdı
15 SENTYABR 2025

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Vətən müharibəsi şəhidlərinin və müharibə nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərin ailələri üçün “Məktəbə dönüş - sosial həmrəylik festivalı” keçirilib.

2 gün davam edən festivalda 60-dan çox uşaq iştirak edib. Onlar rəssamlıq, boyama, dekorasiya və toxuculuq üzrə master-klaslarda iştirak ediblər. Tədbirdə uşaqların məktəb həyatına xoşbəxt və yeni qazanılmış bacarıqlarla qayıtmaları üçün müxtəlif yaradıcı fəaliyyətlər təşkil olunub.

Analara uşaqların hazırladıqları əl işləri verilib, təşkilatçılar isə hədiyyələr təqdim ediblər. Tədbir iştirakçıları üçün nahar təşkil olunub, uşaqlar və valideynlər bərabər maraqlı vaxt keçiriblər.

Festival uşaqların dərsə motivasiyasını artırmaq, sosial bərabərliyi təşviq etmək və yeni dostlar qazanmaq üçün uğurlu platforma olub.

Qeyd edək ki, tədbir Dövlət Sosial Müdafiə Fondu, CS Conti-Service İnternational Spedition GmbH şirkəti və "Özəl" MMC-nin birgə təşkilatçılığı ilə həyata keçirilib.