MDSS üzrə daxilolmalar 8,41% artıb
10 APREL 2025

2025-ci ilin yanvar-mart ayları ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda proqnoza nisbətdə 114,33 mln. manat və ya 8,41% artım qeydə alınıb.

Büdcə təşkilatları üzrə daxilolma ötən ilin müvafiq dövrü ilə müqayisədə 52,71 mln. manat və ya 11,53%, qeyri-büdcə təşkilatları üzrə isə 103,75 mln. manat və ya 12,05% artımla olub.

Qeyd: Operativ məlumatdır.