Mayda DSMF-nin fəaliyyət istiqamətləri üzrə 31 746 vətəndaş qəbul edilib
04 İYUN 2026

2026-cı ilin may ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə ümumilikdə 31 746 vətəndaş qəbul edilib və onların müraciətləri cavablandırılıb.

Həmin vətəndaşların 60 nəfəri Fondun Aparatının rəhbər şəxsləri tərəfindən, 1 221 nəfəri Fondun Aparatının Qəbul Mərkəzində, 1 548  nəfəri mərkəzi, 28 917 nəfəri isə regional filiallarda qəbul edilib.