May ayında 25 043 vətəndaş müraciəti cavablandırılıb
25 İYUN 2024


2024-cü ilin may ayı ərzində Dövlət Sosial Müdafiə Fonduna ümumilikdə məktub, telefon zəngi və sosial şəbəkə hesabları vasitəsilə 25 043 vətəndaş müraciəti ünvanlanıb və cavablandırılıb. Bunlardan 22 278-i rəsmi məktub və telefon zəngi, 2 765-i isə sosial şəbəkə hesablarından daxil olan müraciətlərdir.