ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Litva və Estoniyada təqdimatlar edilib
17 oktyabr 2023

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyəti “Azərbaycanda pensiya islahatlarına dəstək - II faza” Tvinninq layihəsinin 2-ci komponenti “Pensiya sisteminin rəqəmsallaşdırılması” çərçivəsində Litva və Estoniyada səfərdə olub.

Nümayəndə heyəti Litvanın Sosial Müdafiə və Əmək Nazirliyi yanında Dövlət Sosial Sığorta Fondu, İnformasiya Cəmiyyətinin İnkişafı Komitəsi və Dövlət Vergi Müfəttişliyində və  Estoniyanın Elektron İdarəetmə Akademiyasında, həmçinin sosial sığorta və pensiya qurumlarında  görüşlər keçirib. 

Görüşlərdə Nazirliyin DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkpərov son illər Azərbaycanda aparılan sosial islahatlar və əldə olunan uğurlar, habelə sosial sahə üzrə rəqəmsal nailiyyətlər, sosial ödənişlərin proaktiv təyinatı mexanizmləri barədə məlumatlar verib. Habelə e-sosial.az portalının və “Əmək və Məşğulluq” altsisteminin innovativ yenilikləri və üstünlükləri, funksional imkanları diqqətə çatdırılıb.  

Sosial sahə üzrə rəqəmsallaşma sahəsində qazanılan beynəlxalq mükafatlar qeyd edilib. Nazirliyin proaktiv xidmət mexanizminin  Böyük Britaniyanın "Wealth & Finance International" təşkilatının “FinTech Awards 2023” müsabiqəsində “Dövlət sektoru üzrə proaktiv texnologiyanın aparıcı təminatçısı - 2023” mükafatına layiq görüldüyü vurğulanıb. 

Litva və Estoniyanın qeyd edilən qurumlarının nümayəndələri  ölkəmizin vətəndaşlara sosial yönümlü xidmətlərin e-platforma üzərindən təqdim olunması, həmçinin təyinatların mütərəqqi proaktiv üsulla aparılması təcrübəsini yüksək qiymətləndiriblər. Eləcə də onlar tərəfindən elektron xidmətlərə dair təqdiimatlar edilib. 

Görüşlər zamanı sosial xidmətlərin elektronlaşdırılması, geniş həcmli məlumatların daha optimal idarə və təhlil olunması, dəqiq proqnozlaşdırma imkanları yaradan big data texnologiyalarına keçidlə bağlı müzakirələr,  qarşılıqlı təcrübə mübadilələri aparılıb. 

Belə faydalı təcrübə mübadilələrinin davamlı olmasının əhəmiyyəti və bu sahədə gələcək əməkdaşlıq da müzakirə olunub.