Lənkəranda ictimai dinləmə keçiriləcək
01 İYUL 2025

Hörmətli vətəndaşlar!

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən 11 iyul 2025-ci il tarixində saat 15:00-da Lənkəranda bu rayondan olan ictimaiyyət nümayəndələrinin iştirakı ilə pensiya və sosial müavinətlərə dair ictimai dinləmə keçiriləcək. 

İctimai dinləmədə iştirak etmək istəyirsinizsə, DSMF-nin Lənkəran rayonunda yerləşən regional filialına yaxınlaşıb, eləcə də Fondun sosial şəbəkə hesabları vasitəsilə müraciət edib qeydiyyatdan keçə bilərsiniz.