"İnsan hüquqları aylığı" çərçivəsində maarifləndirici seminar keçirilib

Seminar autizm və daun sindromlu uşaqların valideynləri üçün nəzərdə tutulub.

Seminarda psixoloq valideynlərə uşaqlara qarşı ayrı-seçkilik hallarının qarşısının alınması və yaş xüsusiyyətlərinə uyğun davranış tərzləri haqqında məlumat verib.

Fondun hüquqşünası valideynləri autizm və daun sindromlu uşaqların hüquqları, eləcə də dövlət tərəfindən təqdim olunan sosial yardımlarla bağlı maarifləndirib.

Sonda bütün iştirakçılara ödənişsiz konsultasiya kartları, sertifikatlar və hədiyyələr təqdim olunub. Bu təşəbbüs həm valideynlərə dəstək olmaq, həm də uşaqların hüquqlarının qorunması istiqamətində dövlət və ictimaiyyətin birgə səylərini gücləndirmək məqsədi daşıyır.

Seminar Dövlət Sosial Müdafiə Fondu (DSMF) ilə "Tolerans" Psixologiya və Nitq Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilib.