ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

“İnsan hüquqları aylığı”

Hər il “18 iyun - İnsan Hüquqları Günü” ərəfəsində 18 may – 18 iyun respublikamızda “İnsan hüquqları aylığı” keçirilir. Bu tədbir çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı nümayəndələrinin onlayn görüşü təşkil olunub, Zərdab rayonunda sosial təminat hüquqlarına dair ictimai dinləmə keçirilib, "Sadə hüquq" komandasının inflüenser hüquqşünaslarının Fondla əməkdaşlıq çərçivəsində hazırlanmış xaricdə yaşayan azərbaycanlıların pensiya hüququ haqqında video Fondun sosial şəbəkə hesablarında paylaşılıb.