Fevralda 2 556 vətəndaş müraciəti cavablandırılıb
01 mart 2024
Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə sosial şəbəkələr vasitəsilə 2024-cü ilin fevral ayı ərzində 2 556 vətəndaş müraciəti cavablandırılıb.
Müraciətlərin 744-ü ünvanlı dövlət sosial yardımı, 656-sı pensiya təyinatı, 805-i sosial müavinət və təqaüd, 60-ı sosial sığorta və fərdi uçot, 291-i isə digər istiqamətlər üzrə olub.