ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Nazirliklər arasında əməkdaşlıq sənədi imzalanıb
23 NOYABR 2023

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Tacikistanın əmək, miqrasiya və əhalinin məşğulluğu naziri Gülnora Hasanzodanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan və Tacikistanın ortaq tarixə, dinə və mədəniyyətə malik ölkələr olduğunu və iki ölkənin dövlət başçılarının  siyasi iradəsi və birgə səyləri ilə əlaqələrin daim genişləndiyini vurğulayıb. 

Beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın və qarşılıqlı dəstəyin əhəmiyyəti, əmək və sosial müdafiə sahəsində də əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi qeyd edilib. 

G.Hasanzoda əməkdaşlığın genişlənməsi üçün böyük potensial olduğunu və bu istiqamətdə gələcəkdə də səylərin artırılacağını, fəal təcrübə mübadilələrinin önəmini diqqətə çatdırıb.

Görüşün yekunu olaraq nazirlər “2024-2025-ci illər üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Tacikistan Respublikasının Əmək, Miqrasiya və Əhalinin Məşğulluğu Nazirliyi arasında əməkdaşlığa dair Tədbirlər Planı”nı imzalayıblar. 

Sənəddə qeyd olunan dövrdə iki nazirlik arasında müvafiq fəaliyyət sahələrində əməkdaşlığın həyata keçirilməsi üçün görüləcək tədbirlər əhatə olunur.