DSMF və “Referans Medical Group” “Sosial Dəstək - Sağlam Gələcək” layihəsini davam etdirir

“Sosial Dəstək - Sağlam Gələcək” layihəsi çərçivəsində autizm spektri pozuntusu və daun sindromu olan 5-15 yaşlı uşaqların tibbi müayinəsi təşkil edilib.

Dövlət Sosial Müdafiə Fondu və “Referans Medical Group”a daxil olan “Leyla Medical Center” tərəfindən birgə həyata keçirilən, uşaqların sağlamlığını qorumaq məqsədilə təşkil olunan bu müayinələr pediatr, psixoloq, nevroloq, oftalmoloq və endokrinoloq tərəfindən aparılıb.

Bundan əlavə hərtərəfli müayinə məqsədilə uşaqlardan qan analizləri götürülüb, ultrasəs müayinəsi (USM) həyata keçirilib.