ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Əməkdaşlığa dair memorandum imzalanıb

DSMF və “McDonald’s Azərbaycan” QSC arasında əməkdaşlığa dair memorandum imzalanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) və “McDonald’s Azərbaycan” QSC arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
DSMF İdarə Heyətinin sədri Himalay Məmişov  bildirib ki, sənəd korporativ sosial məsuliyyət çərçivəsində layihələrin həyata keçirilməsi üzrə qarşılıqlı faydalı, uzunmüddətli və effektiv əlaqələrin qurulması, eləcə də inkişafı üçün əməkdaşlığı nəzərdə tutur. Tərəflər əhalinin sosial cəhətdən həssas kateqoriyaya aid fərdlərinə, həmçinin Vətən müharibəsi şəhidlərinin və Vətən müharibəsi veteranlarının övladlarına dəstək məqsədilə sosial layihələr həyata keçirəcək.
“McDonald’s Azərbaycan” QSC-nin baş direktoru Oskar Boqopolski qeyd edib ki, sosial məsuliyyət “McDonald’s”ın korporativ siyasətinin vacib hissəsidir, DSMF ilə əməkdaşlıq şirkətin bu istiqamətdə fəaliyyətinin sərhədlərini daha da genişləndirir.