ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Müharibə iştirakçısı övladları üçün tədbir təşkil olunub
23 aprel 2024

Dövlət Sosial Müdafiə Fondu və “McDonald’s Azərbaycan” şirkətinin birgə təşkilatçılığı ilə qazi övladları üçün 23 aprel – Ümumdünya Kitab Gününə həsr olunmuş tədbir keçirilib.  
Bakı şəhəri və ətraf ərazilərdə yaşayan 30-a yaxın müharibə iştirakçısı övladının iştirak etdiyi görüşə xüsusi qonaq qismində Bəhram Bağırzadə dəvət olunub. O, uşaqların böyük entuziazmla qatıldığı tədbirdə balaca oxucularla fikir mübadiləsi aparıb, onlara kitablar təqdim edib.  
Qeyd edək ki, tədbir Dövlət Sosial Müdafiə Fondu ilə "McDonald's Azərbaycan" şirkəti arasında əməkdaşlığı nəzərdə tutan Anlaşma Memorandumuna əsasən reallaşdırılan növbəti tədbirdir. Memoranduma əsasən, uzunmüddətli perspektivdə şəhid və müharibə iştirakçısı övladlarına sosial yardımın göstərilməsinə, eləcə də onlar üçün inkişafetdirici və əyləncə tədbirlərinin təşkilinə xüsusi diqqət ayrılacaq.