DSMF Ucarda "Yeni qaydalar, yeni yanaşmalar" mövzusunda təlim keçəcək
12 NOYABR 2026

Hörmətli sığortaedənlər!

Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı 25 noyabr 2026-cı il tarixində saat 09:00-da Ucar rayonunun sığortaedənlərinin əməkdaşları üçün "Yeni qaydalar, yeni yanaşmalar" mövzusunda təlim keçəcək.

Tədbirdə iştirak etmək istəyirsinizsə, DSMF-nin Ucar rayonunda yerləşən qəbul şöbəsinə yaxınlaşıb, eləcə də Fondun sosial şəbəkə hesabları vasitəsilə müraciət edib qeydiyyatdan keçə bilərsiniz.