Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu bu dəfə Sumqayıt şəhərində ictimai dinləmə keçirib.
Sumqayıt şəhəri, eləcə də Abşeron və Xızı rayonlarından olan ictimaiyyət nümayəndələrinin iştirak etdiyi görüşdə Fondun fəaliyyət istiqamətləri, xüsusi ilə
pensiya və sosial müavinətlərin təyin olunmasında tətbiq edilən yeniliklər, operativliyin, əlçatanlığın və şəffaflığın təmin olunması istiqamətində görülən işlər barədə məlumat verilib.
Fondun nümayəndələri pensiya və sosial müavinətlərlə bağlı təqdimatlarla çıxış ediblər. Eləcə də pensiya və sosial müavinətlərin mahiyyəti, bu ödəniş növlərinin biri-birindən fərqi ətraflı izah olunub.
İştirakçıları maraqlandıran suallar cavablandırılıb və ictimai dinləmələrin keçirilməsinin əhəmiyyəti vurğulanıb.