DSMF “Sosial Dəstək - Mənim Qış Tətilim” layihəsini həyata keçirib

Dövlət Sosial Müdafiə Fondu "Master klass Azərbaycan" və "Park Cinema" (Metro Park) ilə birgə şəhid və müharibə iştirakçılarının övladları üçün “Sosial Dəstək - Mənim Qış Tətilim” layihəsini təşkil edib.

Layihənin məqsədi uşaqlara qış tətili dövründə əyləncəli və yaddaqalan anlar yaşatmaq olub. Tədbirdə 6-13 yaş arası 40-dan çox uşaq iştirak edib. Onlar "MOOD Group" MMC restoranlar şəbəkəsinin hazırladığı yeməklərlə nahar edib, animator şoularına qoşulub, master-klass və interaktiv oyunlarla əyləniblər. Tədbirin sonunda isə uşaqlar "Park Cinema"da (Metro Park) nümayiş olunan cizgi filmlərini izləyiblər, onlara xüsusi hədiyyələr təqdim olunub.