DSMF sədri Samuxda bu rayonun sakinlərini qəbul edəcək
16 YANVAR 2026
Hörmətli vətəndaşlar!
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Zəka Mirzəyev 30 yanvar 2026-cı il tarixində saat 11:00-da Samuxda bu rayonun sakinlərini qəbul edəcək.
Pensiya, sosial müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı və fərdi uçotla bağlı sualınız varsa, yanvarın 23-dək Fondun Samux rayonunda yerləşən qəbul şöbəsinə müraciət etməklə və ya (055) 912-34-22 telefon nömrəsinə zəng edib, gabul-dsmf@sosial.gov.az elektron ünvanına yazıb, eləcə də DSMF-nin sosial şəbəkə hesabları vasitəsilə müraciət edib qeydiyyatdan keçməklə qəbula yazıla bilərsiniz.







