DSMF sədri Qobustanda sakinləri qəbul edəcək
01 mart 2024
Hörmətli vətəndaşlar!
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov 15 mart 2024-cü il tarixində saat 11:00-da Qobustan rayonunda Şamaxı və Qobustan sakinlərini qəbul edəcək.
Pensiya, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı və fərdi uçotla bağlı sualınız varsa, martın 6-dək Fondun Şamaxı rayonunda yerləşən regional filialına müraciət etməklə və ya (055) 912-34-22 telefon nömrəsinə zəng edib, gabul-dsmf@sosial.gov.az elektron ünvanına yazıb, eləcə də DSMF-nin sosial şəbəkə hesabları vasitəsi ilə müraciət edib qeydiyyatdan keçməklə qəbula yazıla bilərsiniz.