DSMF sədri Bakıda vətəndaş qəbulu keçirib
16 DEKABR 2025
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Zəka Mirzəyev vətəndaş qəbulunu davam etdirir.
DSMF sədri bu dəfə Fondun Aparatının Qəbul Mərkəzində vətəndaşları qəbul edib. Qəbula gələnlər paytaxt Bakıda və regionlarda qeydiyyatda olan vətəndaşlar olub.
Qəbul zamanı onların müraciətləri dinlənilib. Müraciətlər isə əsasən pensiya və ünvanlı dövlət sosial yardımı ilə bağlı olub.
Müraciətlərin hər biri qeydiyyata alınıb. Bəzi müraciətlər yerindəcə öz həllini tapıb, bir qisminin isə qanunvericiliyin tələblərinə uyğun həll olunması üçün Fondun müvafiq struktur bölmələrinə tapşırıq verilib.
Digər







