DSMF sədri Bakıda vətəndaş qəbulu keçirib
29 İYUN 2026

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Zəka Mirzəyev növbəti dəfə vətəndaş qəbulu keçirib.

DSMF sədri bu dəfə Fondun Aparatının Qəbul Mərkəzində Bakıda və regionlarda qeydiyyatda olan vətəndaşları qəbul edib.

Vətəndaşların əsasən pensiya, ünvanlı dövlət sosial yardımı və təqaüdlə bağlı olan müraciətləri dinlənilib.

Müraciətlərin hər biri qeydiyyata alınıb. Bəzi müraciətlər yerindəcə öz həllini tapıb, bir qisminin isə qanunvericiliyin tələblərinə uyğun həll olunması üçün Fondun müvafiq struktur bölmələrinə tapşırıq verilib.