DSMF sədri Bakıda vətəndaş qəbulu keçirib
09 FEVRAL 2026
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Zəka Mirzəyev növbəti vətəndaş qəbulunu keçirib.
DSMF sədrinin qəbulu bu dəfə Fondun Aparatının Qəbul Mərkəzində olub. Qəbulda Bakıda və regionlarda qeydiyyatda olan vətəndaşlar iştirak ediblər.
Qəbul zamanı vətəndaşların əsasən pensiya, ünvanlı dövlət sosial yardımı və təqaüdlə bağlı müraciətləri dinlənilib.
Müraciətlərin hər biri qeydiyyata alınıb. Bəzi müraciətlər yerindəcə öz həllini tapıb, bir qisminin isə qanunvericiliyin tələblərinə uyğun həll olunması üçün Fondun müvafiq struktur bölmələrinə tapşırıq verilib.
Digər







