DSMF sədri Bakıda vətəndaş qəbulu keçirib
28 OKTYABR 2025
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Zəka Mirzəyev vətəndaş qəbulunu davam etdirir.
DSMF sədri bu dəfə Fondun Aparatının Qəbul Mərkəzində paytaxt Bakıda, eləcə də regionlarda qeydiyyatda olan vətəndaşları qəbul edib.
Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib. Müraciətlər əsasən pensiya, fərdi uçot, ünvanlı dövlət sosial yardımı ilə bağlı olub.
Müraciətlərin hər biri qeydiyyata alınıb. Bəzi müraciətlər yerindəcə öz həllini tapıb, bir qisminin isə qanunvericiliyin tələblərinə uyğun həll olunması üçün Fondun müvafiq struktur bölmələrinə tapşırıq verilib.
Digər







