DSMF sədri Ağdaş rayonunda vətəndaşları qəbul edib
17 yanvar 2025
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov regionlarda vətəndaş qəbulunu davam etdirir.
DSMF sədri bu dəfə Ağdaş rayonunda Ucar və Ağdaş sakinlərini qəbul edib.
Qəbulda vətəndaşların müraciətləri dinlənilib. Müraciətlər əsasən pensiya, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı, eləcə də sosial sığorta və fərdi uçotla bağlı olub.
Müraciətlərin hər biri qeydiyyata alınıb, bəziləri yerindəcə həll olunub, bir qisminin isə həll edilməsi üçün Fondun müvafiq struktur bölmələrinə tapşırıqlar verilib.