DSMF Samuxda ictimai dinləmə keçirəcək
19 YANVAR 2026
Hörmətli vətəndaşlar!
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən 30 yanvar 2026-cı il tarixində saat 15:00-da Samuxda bu rayonun ictimaiyyət nümayəndələrinin iştirakı ilə pensiya və sosial müavinətlərə dair ictimai dinləmə keçiriləcək.
İctimai dinləmədə iştirak etmək istəyirsinizsə, DSMF-nin Samux rayonunda yerləşən qəbul şöbəsinə yaxınlaşıb, eləcə də Fondun sosial şəbəkə hesabları vasitəsilə müraciət edib qeydiyyatdan keçə bilərsiniz.







