ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

DSMF Salyanda ictimai dinləmə keçirəcək
30 yanvar 2024

Hörmətli vətəndaşlar!

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən 9 fevral 2024-cü il tarixində saat 15:00-da Salyan rayonunda Neftçala və Salyandan olan ictimaiyyət nümayəndələrinin iştirakı ilə pensiya və sosial müavinətlərə dair məlumat verilməsi və vətəndaşları maraqlandıran sualların cavablandırılması məqsədilə ictimai dinləmə keçiriləcək. 
İctimai dinləmədə iştirak etmək istəyirsinizsə, DSMF-nin Salyan rayonunda yerləşən regional filialına və Neftçala rayonundakı qəbul şöbəsinə yaxınlaşıb, Fondun sosial şəbəkə hesabları vasitəsi ilə müraciət edib və ya (012) 432-02-30 telefon nömrəsinə zəng edib qeydiyyatdan keçə bilərsiniz.