Filial əməkdaşları üçün təlim keçilib
26 sentyabr 2023
Dövlət Sosial Müdafiə Fondu regional filial və qəbul şöbələrinin əməkdaşları üçün xidmət keyfiyyətinin artırılması, operativliyin təmin olunması və qanunvericilik bazası üzrə nəzəri biliklərin təkmilləşdirilməsi məqsədi ilə onlayn təlim təşkil edib.
Əmək pensiyalarına həsr olunmuş təlimdə iştirakçılara bu istiqamətdə qanunvericiliyə edilən son dəyişikliklər və onların tətbiqi ilə bağlı məlumat verilib. Mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Bu cür təlimlərin mütəmadi keçirilməsinin nəzərdə tutulduğu da qeyd olunub.