ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

DSMF Beynəlxalq Forumda təmsil olunub
02 iyul 2024

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) nümayəndələri İsveçrə Konfederasiyasının Cenevrə şəhərində keçirilmiş Beynəlxalq Sosial Təminat Assosiasiyasının (ISSA) texniki komissiyalarının 18-ci Forumunda və Bürosunun 128-ci iclasında iştirak ediblər. 
Forumda ISSA-nın Tanıtım (Qiymətləndirmə) Proqramı çərçivəsində müxtəlif meyarlar üzrə sorğu kitablarının, eləcə də texniki komissiyaların fəaliyyətinin təkmilləşdirilməsi məsələləri müzakirə edilib. Büronun 128-ci iclasında isə ISSA-nın idarəçiliyində və xidmətlərin təşkilində Büronun fəaliyyətinin əhəmiyyəti vurğulanıb. Büro üzvləri və texniki komissiyalarla, eləcə də maliyyə hesabatları ilə bağlı məsələlər müzakirə edilib.  
DSMF nümayəndələri müxtəlif sessiyalarda 6 təqdimatla çıxış ediblər. Bununla yanaşı, ISSA-nın Tanıtım Proqramına, habelə ISSA-nın texniki komissiyalarının fəaliyyətinin təkmilləşdirilməsinə dair DSMF nümayəndələri tərəfindən təqdim edilmiş bütün təkliflər üzv təşkilatlar tərəfindən ISSA Bürosunun və onun texniki komissiyalarının növbəti illər üçün Fəaliyyət Planlarına daxil edilib.  
Qeyd edək ki, DSMF-nin 3 əməkdaşı ISSA-nın müxtəlif texniki komissiyalarının sədr müavinləri, Fondun İdarə Heyətinin sədri isə ISSA Bürosunun üzvüdür.  
**