ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

DSMF növbəti dəfə uyğunluq sertifikatı ilə təltif olunub
08 dekabr 2023

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) ISO 37001:2016 “Antikorrupsiya idarəetmə sistemi” standartları üzrə resertifikasiya mərhələsindən uğurla keçərək, növbəti dəfə uyğunluq sertifikatı ilə təltif olunub.

Türkiyənin ABŞ-ın ən böyük akkreditasiya qurumu olan ANAB (ANSI National Accreditation Board) tərəfindən akkreditə olunmuş “Denetik Uluslararası Belgelendirme ve Gözetim Hizmetleri” şirkətinin rəhbəri Adnan Karadaş sertifikatı DSMF-nin İdarə Heyətinin sədri Himalay Məmişova təqdim edib.
Qeyd olunub ki, həmin standart Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən 2016-cı ildə dərc olunub. ISO 37001 korrupsiyaya qarşı mübarizə sahəsində qlobal səviyyədə qəbul edilmiş yeganə standart hesab edilir.
Keçirilən sertifikatlaşdırma auditi DSMF-nin antikorrupsiya proqramının bütün tələblərinə cavab verdiyini təsdiq edib. Fondda antikorrupsiya tədbirləri ekspertlər tərəfindən yüksək qiymətləndirilib.
H.Məmişov son illərdə aparılan sosial islahatlar, DSMF-nin antikorrupsiya proqramı barədə məlumat verib. Fondun fəaliyyət sahələrində şəffaflığın təmin edilməsi, korrupsiyanın qarşısının alınması sahəsində görülən tədbirləri qeyd edib.