DSMF-nin təşəbbüsü ilə iftar süfrəsi təşkil olunub
06 MART 2026
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) təşəbbüsü ilə aztəminatlı ailələrin yaşa görə pensiya alan üzvləri üçün iftar süfrəsi təşkil olunub.
İştirakçıların qayğı və ehtiyacları dinlənilib.
Paylaşmağı təşviq edən, həmrəylik dəyərlərini aşılayan layihə iştirakçılar tərəfindən məmnuniyyətlə qarşılanıb.
Mübarək Ramazan ayı münasibətilə “The Garden Baku” restoranında keçirilən xeyriyyə tədbirinin məqsədi cəmiyyətin həssas təbəqəsinə diqqət göstərmək, onlara mənəvi qayğı ilə əhatə olunduqlarını hiss etdirməkdir.
Digər







