DSMF-nin sədri növbəti dəfə onlayn vətəndaş qəbulu keçirib
02 fevral 2024
Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri növbəti dəfə onlayn vətəndaş qəbulu keçirib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov Gəncə-Daşkəsən Regional Filialı, 1 saylı Şirvan-Salyan Regional Filialı, Mil-Muğan Regional Filialı və Bakı şəhəri üzrə qeydiyyatda olan vətəndaşları onlayn qaydada qəbul edib.
Qəbul zamanı vətəndaşlar pensiya, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı, eləcə də sosial sığorta və fərdi uçotla bağlı müraciət ediblər.
Müraciətlərin hər biri qeydiyyata alınıb. Bəziləri yerindəcə həllini tapıb, bir qisminin isə həll olunması üçün Fondun müvafiq struktur bölmələrinə tapşırıqlar verilib.