ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

DSMF-nin sədri Biləsuvar sakinlərini qəbul edəcək
12 sentyabr 2023

Hörmətli vətəndaşlar!

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov 28 sentyabr 2023-cü il tarixində saat 10:00-da Biləsuvar rayonunda Neftçala və Biləsuvar sakinlərini qəbul edəcək.
Pensiya, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı və fərdi uçotla bağlı sualınız varsa, sentyabrın 19-dək Fondun Biləsuvar və Neftçala rayonlarındakı  qəbul şöbələrinə müraciət etməklə və ya (055) 912-34-22 telefon nömrəsinə zəng edib, gabul-dsmf@sosial.gov.az elektron ünvanına yazıb, eləcə də DSMF-nin sosial şəbəkə hesabları vasitəsi ilə müraciət edib qeydiyyatdan keçməklə qəbula yazıla bilərsiniz.