Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədr müavini Əli Mövsümov Vətən müharibəsi şəhidi Qənbərov Bilal Xanlar oğlunun ailəsi ilə görüşüb, onların sosial vəziyyəti ilə maraqlanıb.
Görüşdə Bakı şəhəri E.Əliyev adına 162 nömrəli tam orta məktəbin məzunu olmuş Bilal Qənbərovun uşaqlıq illərindən, döyüş yolundan və şücaətindən danışılıb.
Bilal Qənbərov Cəbrayılın, Hadrutun, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Elə Şuşa istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Görüşdə şəhid ailələrinin dövlət qayğısı ilə əhatə olunduğu, onların sosial vəziyyətinin daim diqqətdə saxlanıldığı və sosial dəstək tədbirlərindən danışılıb.







