Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədr müavini Səfər Mehdiyev Vətən müharibəsində şəhid olmuş baş leytenant Əsgərli Tural Ələmdar oğlunun ailəsi ilə görüşüb, onların sosial vəziyyəti ilə maraqlanıb.
Görüşdə Tural Əsgərlinin döyüş yolundan, göstərdiyi qəhrəmanlıqdan söhbət açılıb.
Qeyd edək ki, 44 gün davam edən Vətən müharibəsi zamanı Tural Əsgərli Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə iştirak edib və elə Kəlbəcərdə də şəhid olub.
O, Prezidentin sərəncamları ilə 3-cü dərəcəli “Rəşadət” ordeni, “Kəlbəcərin azad olunmasına görə”, “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Görüşdə Azərbaycan ordusunun hərb tariximizə qızıl hərflərlə yazdığı şanlı qələbəmizdən, Vətən övladlarının göstərdiyi şücaətdən bəhs olunub. Şəhid ailələrinə göstərilən dövlət qayğısından, onların sosial vəziyyətinin daim diqqətdə saxlanılmasından və həyata keçirilən sosial dəstək tədbirlərindən danışılıb.