DSMF-nin fəaliyyət istiqamətləri üzrə 85 598 elektron arayış alınıb
05 İYUN 2026

2026-cı ilin yanvar-may ayları ərzində DSMF-nin fəaliyyət istiqamətləri üzrə 85 598 elektron arayış alınıb.

Bu arayışların 38 330-u pensiya, 21 876-sı müavinət və təqaüd, 16 753-ü fərdi şəxsi hesab, 3 379-u ünvanlı dövlət sosial yardımı, 918-i ünvanlı dövlət sosial yardımı ödənişləri, 968-i sağlamlıq imkanları məhdud olan uşaqlar, 3 374-ü əlilliyi olan şəxslərə qulluqla bağlı olub.