DSMF-nin fəaliyyət istiqamətləri üzrə 160 283 vətəndaş müraciəti qeydə alınıb
12 MAY 2026
2026-cı ilin yanvar-aprel ayları ərzində Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə ümumilikdə 160 283 vətəndaş müraciəti qeydə alınıb.
Müraciətlərdən 63 615-i pensiya, 40 465-i müavinət, 6 041-i Prezident təqaüdü, 27 128-i ünvanlı dövlət sosial yardımı, 5 667-si fərdi uçot və sosial sığorta, 478-i dövlət icbari şəxsi sığorta, 16 889-u isə digər istiqamətlərlə bağlı olub.







