DSMF-nin fəaliyyət istiqamətləri üzrə 119 055 vətəndaş müraciəti qeydə alınıb
10 APREL 2026

2026-cı ilin yanvar-mart ayları ərzində Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə ümumilikdə 119 055 vətəndaş müraciəti qeydə alınıb.

Müraciətlərdən 46 808-i pensiya, 29 576-sı müavinət, 4 413-ü Prezident təqaüdü, 20 525-i ünvanlı dövlət sosial yardımı, 4 274-ü fərdi uçot və sosial sığorta, 360-ı dövlət icbari şəxsi sığorta və 13 099-u isə digər istiqamətlərlə bağlı olub.