




Dövlət Sosial Müdafiə Fondunda Fondun Vətəndaş qəbulu departamentinin əməkdaşlarının iştirakı ilə "İlkin tibbi yardım: təcili tibbi yardıma qədər nə edə bilərik?" və Vətəndaş qəbulu və Layihələrin idarə edilməsi departamentlərinin əməkdaşları üçün ortaq “Stresin idarə edilməsi” mövzusunda təlimlər təşkil edilib.
Dövlət Sosial Müdafiə Fondunun və "Referans Medical Group"un təşəbbüsü ilə təşkil olunan ilk təlimdə əməkdaşlara "Referans Ambulans" komandasının təcrübəli həkimləri tərəfindən ilkin tibbi yardımın insan həyatını xilas etməkdə rolu haqqında məlumat verilib. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib, ödənişsiz "check-up" kartları paylanıb.
Fondun Vətəndaş qəbulu və Layihələrin idarə edilməsi departamentlərinin əməkdaşları üçün “Karnegi Klub” tərəfindən təşkil olunmuş “Stresin idarə edilməsi” mövzulu təlim isə iştirakçıların iş mühitində qarşılaşdıqları gərginliklərlə daha effektiv mübarizə aparmalarına dəstək vermək məqsədi daşıyıb.