DSMF-nin BMT mükafatına layiq görülməsi beynəlxalq səviyyədə təqdir edilib
06 OKTYABR 2026

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) BMT-nin Dövlət Xidmətləri Mükafatına layiq görülməsi münasibətilə beynəlxalq təşkilatlardan və müxtəlif ölkələrin sosial təminat qurumlarından Fonda çoxsaylı təbrik məktubları daxil olub.

Məktublarda DSMF-nin fəaliyyətində innovativ yanaşmaların tətbiqi, sosial müdafiə və sosial təminat sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin və əlçatanlığının artırılması, həmçinin Fondun beynəlxalq səviyyədə qazandığı uğurlar yüksək qiymətləndirilib.

Beynəlxalq Sosial Təminat Assosiasiyasının (ISSA) prezidenti Mohammed Azman, baş katibi Marcelo Abi Ramia Caetano və Baş Katibliyinin rəhbəri Jens Schremmer DSMF-ni nüfuzlu BMT mükafatına layiq görülməsi münasibətilə təbrik ediblər