Dövlət Sosial Müdafiə Fondunun (DSMF) BMT-nin Dövlət Xidmətləri Mükafatına layiq görülməsi beynəlxalq təşkilatlar və müxtəlif ölkələrin sosial təminat qurumları tərəfindən yüksək təqdir olunub.
Bu münasibətlə Fonda çoxsaylı təbrik məktubları ünvanlanıb. Məktublarda DSMF-nin fəaliyyətində innovativ həllərin tətbiqi, sosial müdafiə və sosial təminat sisteminin təkmilləşdirilməsi, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması və əlçatanlığının genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər xüsusi vurğulanıb.
Serbiyanın Sosial Sığorta Qurumu və Türkiyənin Sosial Təminat Qurumu da DSMF-ni bu nailiyyət münasibətilə təbrik ediblər.
Təbrik məktublarında mükafatın Azərbaycanın sosial təminat sahəsində həyata keçirdiyi islahatların, müasir xidmət mexanizmlərinin tətbiqinin və Fondun institusional inkişafının beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinin göstəricisi olduğu bildirilib.







