ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

DSMF daha bir beynəlxalq mükafatla təltif edilib
01 iyul 2024

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) İspaniyanın Madrid şəhərində yerləşən “Nebext” beynəlxalq təşkilatının müsabiqəsində növbəti uğuruna imza atıb.

“European Digital Mindset Awards” adlı beynəlxalq müsabiqədə DSMF-nin təqdim etdiyi iş yüksək qiymət alıb və Fond müsabiqənin “Best Digital Transformation Enterprise”  kateqoriyası üzrə Təşkilatın xüsusi mükafatına layiq görülüb.

Həmin mükafat funksional idarəçilikdə informasiya texnologiyaları və yeni rəqəmsal biznes modelləri əsasında innovativ yanaşmalar tətbiq edən, o cümlədən rəqəmsal transformasiyanı və proaktiv xidmət modelini təşviq edən təşkilatlara verilir.  

Bu ilin ötən dövründə DSMF artıq 17 beynəlxalq mükafata layiq görülüb. Son üç il yarım ərzində isə Fond 40 beynəlxalq sertifikat və mükafatla təltif olunub.