ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

DSMF ilə Socieux+ arasında əməkdaşlıq

SOCIEUX+ Avropa İttifaqı (Aİ) tərəfindən yaradılmış və birgə maliyyələşdirilən texniki əməkdaşlıq mexanizmidir.

SOCIEUX+ Avropa İttifaqına üzv dövlətlər və 155-dən çox tərəfdaş ölkə arasında bərabərhüquqlu mübadilə və əməkdaşlığı təmin edir. Sözügedən qurum sosial təminat və məşğulluq sahəsində inklüziv, səmərəli və davamlı siyasətin formalaşdırılmasına xüsusi töhfə verir.

SOCIEUX+ tərəfdaş ölkələrdə fəaliyyət göstərən qurumların sorğularına əsasən Aİ-nın hesabına qısamüddətli texniki dəstək göstərmək məqsədilə Avropa ekspertlərini səfərbər edərək, inkişaf etməkdə olan ölkələrə sosial müdafiə və məşğulluq üzrə fəaliyyətlərini təkmilləşdirmələri üçün dəstək verir. Socieux+ benefisiarları maraqlandıran mövzularda qarşılıqlı görüşlərlə və daimi dəstək xidmətilə ən yaxşı beynəlxalq təcrübələri bölüşür.

Dövlət Sosial Müdafiə Fondu 2022-ci ildə Socieux+ proqramına qoşulub və proqram tərəfindən könüllü sosial sığorta haqlarının yığılması prosesində ən yaxşı dünya təcrübələrinin Azərbaycan kontekstinə uyğunlaşdırılaraq seçilməsi və bu təcrübələrdən irəli gələrək, Azərbaycan üçün könüllü sosial sığorta haqlarının yığılması strategiyasının formalaşdırılması (Best practices and strategy for collection of voluntary contributions to non-state pension funds) mövzusunda ekspert dəstəyi (texniki məsləhət) qazanıb.

Ekspert dəstəyi iki mərhələdə həyata keçirilir: Activity 1 and Activity 2