ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Əməkdaşlıq sənədi imzalanıb
07 iyun 2024

Dövlət Sosial Müdafiə Fondu ilə Gürcüstanın Sosial Xidmətlər Agentliyi  arasında əməkdaşlıq sənədi imzalanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Himalay Məmişovun rəhbərlik etdiyi nümayəndə  heyəti Gürcüstanda səfərdə olub.

 Gürcüstanın işğal olunmuş ərazilərdən məcburi köçkün düşənlərlə iş, əmək, səhiyyə və sosial müdafiə nazirinin müavini İrine Tsaqadze ilə görüşdə ölkəmizdə aparılan sosial islahatlar barədə məlumat verilib.  

Əhalinin sosial təminatı istiqamətində cari vəziyyət və prioritet məsələlərə dair fikir mübadiləsi aparılıb. İkitərəfli əlaqələrin genişləndirilməsi, perspektiv əməkdaşlıq məsələləri müzakirə edilib. 

Səfər çərçivəsində Himalay Məmişov və Gürcüstanın İşğal Olunmuş Ərazilərdən Məcburi Köçkün Düşənlərlə İş, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyinin Sosial Xidmətlər Agentliyinin  rəhbəri Giorgi Çanturia iki qurum arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunu imzalayıblar.

Sənəddə pensiya təminatı ilə bağlı qanunvericilikdə edilən dəyişikliklər, əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi mexanizmləri və s. sahələrdə məlumat mübadilələrinin həyata keçirilməsi əksini tapıb.

Tədbirdə H.Məmişov Azərbaycanın pensiya-sığorta sistemində aparılan islahatlar və əldə olunan nailiyyətləri barədə məlumat verib. 

G.Çanturia sosial sığorta və sosial təminat  sahəsində Azərbaycanın qabaqcıl təcrübəsinin Gürcüstanda tətbiq edilməsində maraqlı olduqlarını bildirib.