ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

DSMF Haaqada Dünya Pensiya Zirvəsində iştirak edib
17 OKTYABR 2023

Niderland Krallığının Haaqa şəhərində Dünya Pensiya Zirvəsi keçirilib. Zirvədə Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini Səfər Mehdiyev iştirak edib.  
Tədbirdə sosial təminat sahəsində aparılan islahatlara dair ən yaxşı strategiyalar, innovasiyalar, müxtəlif ölkələrin dövlət və özəl pensiya fondlarının investisiya təcrübələri müzakirə olunub. Eyni zamanda sosial təminat sistemlərinin təkmilləşdirilməsi və bu sahədə yeni texnologiyaların tətbiqi imkanlarına dair fikir mübadiləsi aparılıb. 
Sonra Fondun nümayəndə heyəti Niderland Krallığının “De Nederlandsche Bank” və “Zeist” pensiya fondlarında təşkil olunan tədbirlərdə iştirak edib. Nümayəndə heyəti pensiya aktivlərinin səmərəli investisiyası, investisiyaların idarə olunmasında istifadə edilən qabaqcıl texnologiyalarla tanış olub.