DSMF əməkdaşları üçün təlim keçilib
28 sentyabr 2023
Dövlət Sosial Müdafiə Fondunda Regionlarla İş üzrə Mərkəzi Filialın əməkdaşları üçün “Layihə nədir? Layihənin idarə edilməsi nə üçün vacibdir?” mövzusunda təlim keçilib.
Təlimdə layihələrin idarə edilməsi mexanizminin beynəlxalq əsasları, müasir idarəetmə metodlarının sosial sferada tətbiqi və bu zəmində yaranan problemlərin aradan qaldırılması üsulları müzakirə olunub.
Eyni zamanda riskin, keyfiyyətin və büdcənin idarə edilməsi məsələlərinə dair fikir mübadiləsi aparılıb.